AzTU İnkubasiya Proqramı
AzTU İnkubasiya Proqramı innovativ ideyaları real startap layihələrinə çevirmək istəyən tələbələr üçün inkişaf və dəstək proqramıdır
İnkubasiya Proqramı
Proqramın əsas imkanları
- Mentorluq və ekspert dəstəyi
- Startap və sahibkarlıq üzrə praktiki təlimlər
- Layihələrin inkişafı üçün texnoloji və təşkilati dəstək
- MVP (Minimum Viable Product) hazırlanmasına dəstək
- Demo Day və investor təqdimat imkanları
- Yerli və beynəlxalq startap ekosisteminə çıxış
- Biznes modelinin hazırlanması və inkişafı
- Bazara çıxış strategiyasının hazırlanması
- Komanda quruculuğu və idarəetmə bacarıqlarının inkişafı
- Startap layihələrinin ilkin qiymətləndirilməsi və inkişaf planının hazırlanması
- Pitch deck və investor təqdimatlarının hazırlanması
- Prototip və ilkin məhsulun hazırlanması üçün metodiki dəstək
- İnnovasiya və texnologiya yönümlü seminar və workshoplar
- Şəbəkələşmə (networking) və startap icması ilə əlaqələrin qurulması
- Yerli və beynəlxalq hackathon və startap tədbirlərində iştirak imkanları
- Universitetin texnoloji və elmi resurslarına çıxış imkanları
- Startap layihələrinin kommersiyalaşdırılması üzrə məsləhətlər
- Təcrübəli sahibkarlar və mütəxəssislərlə görüşlər
Kimlər iştirak edə bilər
- Azərbaycan Texniki Universitetinin tələbələri
- Startap ideyası olan gənc innovatorlar
- Texnologiya və innovasiya sahəsində layihə hazırlayan komandalar
- Mühəndislik, IT və texnoloji sahələrdə çalışan gənclər
İştirak üçün tələblər
İnnovativ və inkişaf potensialı olan ideya və ya layihə
Komanda şəklində iştirak üstünlükdür
Proqram müddətində aktiv iştirak etmək
Təlimlərdə və mentor görüşlərində iştirak etmək
Layihənin inkişafı üçün motivasiya və öhdəlik
