İnkubasiya və Akselerasiya Proqramları
Startapınızı növbəti səviyyəyə aparacaq proqramlarımız
İnkubasiya Proqramı
2 aylıq intensiv proqram
Proqram Xüsusiyyətləri
- İdeyanın valıdasiyası və bazar təhlili: Problemin–həll uyğunluğunun müəyyən edilməsi, hədəf auditoriyanın analizi və ideyanın ilkin təsdiqi.
- MVP hazırlanması və sınaq mərhələsi: Minimum Viable Product inkişafı, prototiplərin test edilməsi və geribildirim əsasında təkmilləşdirmə.
- Biznes modeli və inkişaf planı: Layihə üçün dayanıqlı biznes modelinin qurulması və ardıcıl inkişaf yol xəritəsinin hazırlanması.
- Case-study və praktiki tapşırıqlar: Real iş mühitinə uyğunlaşdırılmış case-lər üzərində çalışma, problem həll etmə və komanda ilə tətbiqi bacarıqlar.
- Mentor və ekspert dəstəyi: “Ustad dərsləri”, fərdi mentorluq sessiyaları və mütəxəssis rəyinə əsasən ideyanın inkişaf etdirilməsi.
- Co-working və texnoloji resurslar: İş məkanından, avadanlıqlardan və mərkəzin texnoloji infrastrukturlarından istifadə imkanı.
- Pitch və investor təqdimatı bacarıqları: Layihənin effektiv təqdimatı, investorlarla əlaqə qurmaq və kommunikasiya bacarıqlarının inkişafı.
- Strukturlaşdırılmış sillabus üzrə təlim prosesi: Proqram əvvəlcədən hazırlanmış sillabus və metodologiya əsasında aparılır; bütün mərhələlər ardıcıl, planlı və ölçülə bilən nəticələrə fokuslanmış şəkildə həyata keçirilir.
Hədəf Qrup
- Startap qurmaq istəyən gənclər: Öz ideyasını layihəyə çevirmək, MVP hazırlamaq və biznes modeli qurmaq niyyətində olanlar.
- Texniki və ya biznes bacarıqları olan iştirakçılar: Proqramlaşdırma, dizayn, mühəndislik, marketinq, satış və digər sahələrdə bacarığı olub startapda tətbiq etmək istəyən şəxslər.
- Motivasiya və öyrənmə həvəsi yüksək olanlar: Mentorlarla işləməyə, tapşırıqları vaxtında icra etməyə və komanda mühitinə uyğunlaşmağa hazır olan tələbələr və gənclər.
- Komanda formalaşdırmaq istəyənlər: Təkbaşına və ya kiçik komanda ilə ideyasını inkişaf etdirmək istəyən iştirakçılar.
Tələblər
İdeya: Müəyyən bir problemi həll edən, innovativ və inkişaf potensialına malik olmalıdır.
İcra bacarığı: Verilən tapşırıqları vaxtında yerinə yetirmə və ideyanı inkişaf etdirmə iradəsi olmalıdır.
Aktivlik: Təlimlərdə, praktiki tapşırıqlarda və case-study sessiyalarında mütəmadi iştirak etməlidir.
Öyrənmə istəyi: Yeni bilik və bacarıqları mənimsəməyə, mentor rəylərini tətbiq etməyə açıq olmalıdır.
Akselerasiya Proqramı
Bu proqram hazırda inkişaf mərhələsindədir və tezliklə istifadəyə veriləcək.
Məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
Gələcək Xüsusiyyətlər:
- 3 aylıq intensiv akselerasiya
- Mövcud məhsulu olan startaplar üçün
- İnvestisiya hazırlığı
- Beynəlxalq bazar genişləndirməsi
- Demo Day təqdimatı
