← Tədbirlər

Autentifikasiyanın gələcəyi — FIDO2 və passkey texnologiyaları ilə fişinqə davamlı giriş

Autentifikasiyanın gələcəyi — FIDO2 və passkey texnologiyaları ilə fişinqə davamlı giriş

Tədbir haqqında

Bu seminar çərçivəsində FIDO2 standartı və passkey texnologiyaları əsasında qurulan fişinqə davamlı autentifikasiya mexanizmləri müzakirə olunacaq. İştirakçılar müasir identifikasiya sistemlərinin prinsipləri, üstünlükləri və real tətbiq nümunələri ilə tanış olacaqlar. Seminar kiber təhlükəsizlik və informasiya texnologiyaları sahəsində biliklərini artırmaq istəyən tələbələr üçün nəzərdə tutulub.

📢 Seminar Elanı

Mövzu:
Autentifikasiyanın gələcəyi — FIDO2 və passkey texnologiyaları ilə fişinqə davamlı giriş
Mühazirəçi:
Dr. Emin Hüseynov – kiber təhlükəsizlik üzrə ekspert
Vəzifələr:
* AzTU, Data Elmi və Süni İntellekt İnstitutu – Baş elmi işçi
* Token2 Sàrl (İsveçrə) – CTO və CSA
Qısa məlumat:
Dr. Emin Hüseynov 20 ildən artıq təcrübəyə malik, autentifikasiya və informasiya təhlükəsizliyi sahəsində tanınmış mütəxəssisdir.
Seminarda FIDO2 və passkey texnologiyaları əsasında fişinqə davamlı müasir giriş həlləri təqdim olunacaq. Tədbir kiber təhlükəsizlik və İT sahəsinə marağı olan tələbələr üçün nəzərdə tutulub.

📅 Tarix: 25 dekabr
⏰ Saat: 14:00
📍 Məkan: AzTU İnkubasiya Mərkəzi (2-ci korpusun girişində)
Qeydiyyat: https://forms.gle/gsBErMdUunVB2f8x5

Seminar AzTU İnkubasiya Mərkəzi tərəfindən təşkil olunur.
Hər kəs dəvətlidir!