Sabancı Universitetinin Kompüter Elmləri və Mühəndisliyi proqramının məzunudur. Hazırda Azərbaycan Texniki Universitetində Təbii Dil Emalı (NLP) ixtisası üzrə magistr təhsili alır. Peşəkar fəaliyyəti boyunca üç fərqli şirkətin qurucusu olub. Bu təşəbbüslərdən biri olan Lingozy, müxtəlif sahələrdə satış proseslərini süni intellekt vasitəsilə avtomatlaşdıran platformadır və Özbəkistanın IT Park təşkilatı tərəfindən 2.5 milyon dollar dəyərində qiymətləndirilərək dəstəklənib. Digər layihəsi Dapti isə Azərbaycan təhsil sisteminə uyğunlaşdırılmış EdTech platformasıdır və Sabah.hub tərəfindən dəstək alıb. Sahibkarlıq fəaliyyəti ilə yanaşı, süni intellekt və NLP sahəsində tədqiqatlar aparır, texnologiyanın real problemlərin həllində effektiv tətbiqinə xüsusi önəm verir.
