Startap Günü Yanvar 23, 2026

Startap Günləri – III

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində Startap Azərbaycan platformasının tərəfdaşlığı ilə keçirilən Startap Günləri çərçivəsində Azərbaycan Texniki Universiteti, Türkiyə–Azərbaycan Universiteti və Milli Aviasiya Akademiyasının tələbələri iştirak etmişdir. Tədbir gənclərin innovativ ideyalarının inkişafına və startap layihələrinə çevrilməsinə dəstək məqsədilə təşkil olunmuşdur.

Tədbirin ilk mərhələsində tələbələr tərəfindən 44 innovativ ideya təqdim edilmişdir. Ekspert və iştirakçıların səsverməsi nəticəsində ən perspektivli 8 ideya seçilərək növbəti mərhələyə keçmiş və həmin ideyalar əsasında komandalar formalaşdırılmışdır. Komandalar mentor və ekspertlərin dəstəyi ilə layihələrinin ilkin prototipləri və biznes modelləri üzərində çalışmışlar.

Növbəti mərhələdə komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim etmiş və layihələr innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirilmişdir.

Qiymətləndirmə nəticəsində qalib komandalar müəyyən edilmişdir. Bu Startap Günlərini əvvəlkilərdən fərqləndirən mühüm məqamlardan biri isə iki komandanın 2-ci yerə layiq görülməsi olmuşdur.

Startap Günlərinin sonunda qalib komandalara diplom və sertifikatlar təqdim olunmuşdur. Tədbir gənclərin innovativ düşüncəsinin inkişafına, yeni startapların formalaşmasına və universitetlərarası əməkdaşlığın gücləndirilməsinə töhfə verən mühüm təşəbbüslərdən biridir.

Qaliblər

Komandanın üzərinə klik edərək profil və ya materiala bax.

1-ci yer
Timeless History
Timeless History
AzTU və Milli Aviasiya Akademiyasının tələbələribdən ibarət komanda
2-ci yer
Youth.az
Youth.az
AzTU tələbələrindən ibarət komanda
2-ci yer
Skill Match
Skill Match
AzTU tələbələrindən ibarət komanda
3-cü yer
Nexo
Nexo
AzTU və TAU tələbələrindən ibarət komanda