Tədbir haqqında
18 yanvar 2026-cı il, saat 12:00-da AzTU İnkubasiya Mərkəzində İRİA tərəfindən təşkil olunan Open Data təliminə qatılın! Təlimdə siz: Açıq məlumatları və beynəlxalq təcrübəni öyrənəcək Data əsaslı qərarvermə və innovasiya bacarıqlarınızı inkişaf etdirəcəksiniz Praktiki nümunələrlə təcrübə qazanacaqsınız
Açıq Məlumatlar Təlimi – Open Data ilə Tanış Ol!
“Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Azərbaycan Texniki Universitetində açıq məlumatlar mövzusunda təlim keçiriləcək.
Təlim AzTU İnkubasiya Mərkəzində baş tutacaq.
Təlimin məqsədi açıq məlumatlar haqqında biliklərin artırılması, data əsaslı düşüncə tərzinin təşviqi və gənclərin açıq məlumatlardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir.
Proqram çərçivəsində:
* Open Data anlayışı və beynəlxalq təcrübə
* Azərbaycanda açıq məlumat ekosistemi
* Data əsaslı qərarvermə və innovasiya
* Praktiki açıq data nümunələri
Təlim tələbələr, tədqiqatçılar, startapçılar və data sahəsinə marağı olan hər kəs üçün nəzərdə tutulub.
Məkan: AzTU İnkubasiya Mərkəzi
Tarix: 18 fevral 2026
Saat: 12:00
Qeydiyyat linki:https:forms.gle/NxfA1yA9HzJb9wsC9
