AzTU İnkubasiya Mərkəzində İRİA əməkdaşlarının iştirakı ilə “Startap və İnnovasiya” təlimi – 16 dekabr, saat 15:00
AzTU İnkubasiya Mərkəzində İRİA əməkdaşlarının iştirakı ilə “Startap və İnnovasiya” təlimi keçiriləcək
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində 16 dekabr saat 15:00-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlarının iştirakı ilə tələbələr üçün “Startap və İnnovasiya” mövzusunda təlim təşkil olunacaq.
Təlimdə iştirak edəcək İRİA əməkdaşları:
-
Nigar Davud – Layihə meneceri
-
Elxan Şükürov – Layihə meneceri
-
Mirkənan Mansurzadə – Layihə meneceri
Təlim çərçivəsində tələbələr startap ekosistemi və innovasiya dünyası ilə bağlı əsas biliklər əldə edəcəklər. Sessiya aşağıdakı mövzuları əhatə edəcək:
-
Startap nədir?
-
İnnovasiya nədir?
-
Startapın adi biznesdən və ya ideyadan fərqi
-
Prototip və MVP anlayışları
-
İnnovasiya və dəstək proqramları
-
Tələbə olaraq innovasiyaya necə başlamaq olar?
Bu təlim tələbələrin kreativ düşüncə qabiliyyətini artırmaq, innovativ ideyaların formalaşdırılmasına dəstək vermək və startap mədəniyyəti ilə tanış etmək məqsədi daşıyır.
AzTU İnkubasiya Mərkəzi bütün maraqlı tələbələri təlimdə iştirak etməyə dəvət edir.
Qeydiyyat linki: https://forms.gle/zW9stULxL9jQjHuW8
Tədbir Xüsusiyyətləri
- İRİA əməkdaşları ilə birbaşa tanışlıq
- Startap ekosistemində aktiv şəxslərlə ünsiyyət
- Tələbə komandaları ilə təcrübə mübadiləsi
- Gələcək layihələr üçün əməkdaşlıq şansı
- Mentorlardan fərdi tövsiyələr əldə etmək
- Tələbə komandaları ilə təcrübə mübadiləsi
