Tədbir haqqında
Təlim: “Uğurlu startap ideyasını ‘JTBD framework’-ü ilə tapaq”
Tarix: 5 noyabr 2025 Saat 14:00
Müddət: 60–90 dəqiqə
Məkan: Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi
Təlim haqqında:
Bu təlimdə iştirakçılar uğurlu startap ideyasını formalaşdırmaq və ya mövcud ideyalarını real bazar ehtiyaclarına uyğun şəkildə təsdiqləmək üçün JTBD (Jobs To Be Done) freymvorkundan necə istifadə etməyi öyrənəcəklər.
Təlim çərçivəsində aşağıdakı mövzulara toxunulacaq:
- JTBD yanaşması ilə müştəri ehtiyaclarını anlama və ideya generasiyası;
- Mövcud startap ideyasının JTBD müsahibələri vasitəsilə təsdiqlənməsi;
- MVP (Minimum Viable Product) anlayışı və onu ən sadə, ən sürətli və ən sərfəli şəkildə qurma üsulları;
- No-code platformalar vasitəsilə ilkin prototipin hazırlanması.
Xüsusiyyətlər
- No-code platformalar üzrə təcrübə mübadiləsi
- Peşəkar mentorlarla əlaqə
- Eyni düşüncəli gənclərlə əlaqə qurmaq
- Ekosistem nümayəndələri ilə görüş
