'); background-size: 100px 100px;">
← Bütün Tərəfdaşlar
Startap Azərbaycan
Şirkət

Startap Azərbaycan

Yerləşir
Ə. Haqverdiyev küçəsi 2A mən 37. Bakı

Haqqında

“Startup.az” Startap Azərbaycan Platformasının rəsmi resursudur. Startup Azərbaycan Platforması 2012-ci ildə təsis edilib və əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, startap ekosistemin inkişafına dəstək vermək, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. startup.az  və startap.az resursları 2013-cü ildən fəaliyyət göstərir.

Bu resurs  Azərbaycanda startap ekosistemi barədə bütün məlumatları vahid bir portal üzərindən təqdim edən platformadır. “Startup.az” həm yerli, həm də qlobal  miqyasda Azərbaycanda startap eksosistemi ilə bağlı görülən işlər barədə məlumatların əlçatımlığını təmin edir.

“Startap Azərbaycan” təşkilatı tərəfindən yaradılan platformada bazarda olan startaplar, startap şəhadətnaməsi alanlar, investorlar, maliyyə fondları, startapa dəstək məqsədi ilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri barədə ətraflı məlumatlar yer alıb. Platformaya əlavə edilən kontentlər sektorun inkişafına uyğun olaraq daim yenilənir.

Platforma startapçılara öz layihələrini geniş ictimaiyyətə təqdim edib maliyyə dəstəyi əldə etməyə, həmçinin komandlarına mütəxəssis cəlb etməyə dəstək olur. 

Platformun üstünlüyü ondan ibarətdir ki, bu sahə ilə maraqlanan şəxslər öz profillərinə uyğun olaraq saytda hesab yaradaraq layihələri barədə ətraflı məlumatları rahatlıqla auditoriya ilə bölüşə bilərlər.

Tərəfdaş Məlumatları

Tip
Şirkət
Yerləşir
Ə. Haqverdiyev küçəsi 2A mən 37. Bakı