Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində universitetin və “Startap Azərbaycan” platformasının birgə dəstəyi ilə startap yönümlü təlim keçirilib.
← Bütün xəbərlərə qayıt
Xəbər Noyabr 5, 2025

Təlimdə ekspert və mentor, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun sədri Fərid Kazımov startapların formalaşması, inkişaf mərhələləri və ideyaların bazar yönümlü layihələrə çevrilməsi mövzusunda təqdimatla çıxış edib. O, gənclərə startap ekosistemində düzgün yanaşmanın və komanda işinin əhəmiyyətindən danışıb, real nümunələr əsasında praktiki tövsiyələr verib.

Tədbirdə çıxış edən AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev yaxın günlərdə universitetin və “Startap Azərbaycan” platformasının birgə təşkilatçılığı ilə “Startap Günləri” adlı genişmiqyaslı tədbirin keçiriləcəyini bildirib. Qeyd olunub ki, bu tədbir tələbələr üçün innovativ ideyalarını təqdim etmək, komanda qurmaq və mentorlarla əməkdaşlıq imkanları yaradacaq.

Sabah qarşıdakı tədbirlə bağlı hazırlıq iclasının keçirilməsi nəzərdə tutulur.
AzTU İnkubasiya Mərkəzinin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dəstək verir.