AzTU İnkubasiya Mərkəzi

AzTU İnkubasiya Mərkəzində İnkubasiya Proqramı start götürdü

AzTU İnkubasiya Mərkəzində İnkubasiya Proqramı start götürdü

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində yeni İnkubasiya Proqramına start verilib. Proqrama seçilmiş startap komandalarının iştirakı ilə praktiki təlimlərə başlanılıb və bu təlimlər mütəmadi olaraq davam edəcək. Proqram müddətində komanda üzvləri layihə idarəetməsi, biznes modeli qurulması, məhsul inkişafı və investisiya mühitinə hazırlıq kimi istiqamətlər üzrə bilik və bacarıqlar əldə edəcəklər.

Təlimlər çərçivəsində tələbələrə verilən tapşırıqlar əsasında real işlər görüləcək, komandalar praktik şəkildə öz layihələrini inkişaf etdirəcək və mentorların yönləndirməsi ilə ideyalarını daha da təkmilləşdirəcəklər. Bu proses tələbələrin həm komanda işi, həm analitik düşünmə, həm də tətbiqi bacarıqlarını gücləndirəcək.

Həmçinin gənclərə layihələrini investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında təqdim etmək imkanı yaradılır. Bu isə onların həm peşəkar inkişafına, həm də ideyalarının daha sürətli şəkildə prototip və məhsul mərhələsinə keçidinə şərait yaradır.

AzTU İnkubasiya Mərkəzi bu təşəbbüslə universitet daxilində innovativ düşüncənin inkişafını təşviq etməyi, gənclərin startap ekosisteminə inteqrasiyasına dəstək göstərməyi və yeni nəsil sahibkarların yetişməsinə töhfə verməyi hədəfləyir.

← Xəbərlər Səhifəsinə Qayıt