AzTU İnkubasiya Mərkəzində İTT fakültəsi üzrə “Startap Günləri” infosessiyası keçirilib
Tədbirin məqsədi tələbələrə universitetdə keçiriləcək “Startap Günləri” barədə ətraflı məlumat vermək, onları bu prosesə hazırlamaq və startap ekosistemi ilə yaxından tanış etmək olub.
Infosessiyada AzTU-nun rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz çıxış edərək Startap Azərbaycan platformasının dəstəyilə keçiriləcək Startap Günlərinin mahiyyəti, məqsədləri və tələbələr üçün yaradacağı imkanlar barədə danışıb. O, universitet mühitində innovativ düşüncənin və startap mədəniyyətinin formalaşmasının vacibliyini vurğulayıb, tələbələri aktiv iştirak etməyə çağırıb.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək yaxın günlərdə keçiriləcək Startap Günləri haqqında geniş məlumat təqdim edib. O, bu günlərdə tələbələri gözləyən mərhələlər, komandaların formalaşması, ideya mərhələsindən prototipin hazırlanmasına qədər olan proseslər barədə danışıb.
Tədbirin sonunda iştirakçılara suallarını ünvanlamaq və gələcəkdə keçiriləcək startap fəaliyyətləri ilə bağlı təkliflərini bölüşmək imkanı yaradılıb.

