AzTU İnkubasiya Mərkəzində İTT fakültəsi üzrə “Startap Günləri” keçiriləcək!
Azərbaycan Texniki Universitetinin (AzTU) İKT fakültəsi üzrə “Startap Günləri” keçiriləcək.
Tədbir AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə 21–22 noyabr 2025-ci il tarixlərində baş tutacaq.
📅 Tarix və vaxt:
21 noyabr (cümə günü): saat 14:00-dan gün sonuna kimi
22 noyabr (şənbə günü): saat 10:00–16:00
📍 Məkan: Azərbaycan Texniki Universiteti İnkubasiya Mərkəzi
Startap Günlərində iştirak etməklə sən nə qazanacaqsan?
AzTU İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” – ideyalarını reallaşdırmaq və gələcək karyeran üçün böyük bir addım atmaq fürsətidir!
Burada səni gözləyən imkanlar:
💡 Öz ideyanı ekspertlərlə birlikdə dəyərləndirib reallığa çevirmək imkanı
🤝 Tanınmış startap nümayəndələri və investorlarla birbaşa əlaqə qurmaq
🌐 Maraqlı insanlarla tanışlıq və gələcək əməkdaşlıqlar üçün yeni şəbəkə yaratmaq
👥 Güclü və yaradıcı komanda formalaşdırmaq
🎓 Praktiki təlimlər vasitəsilə yeni bilik və bacarıqlar əldə etmək
🚀 Heç bir xərc çəkmədən gələcək karyeran üçün real fürsət qazanmaq
🏆 Müsabiqələrdə ideyana diqqət çəkmək və layihəni tanıtmaq
🎁 Gələcəkdə dəyərli olacaq Sertifikatlar qazanmaq!
Gənc innovatorların və ideya sahiblərinin bir araya gələcəyi bu tədbirdə sən də iştirak et, gələcəyini bu gündən qur!
🔗 Qeydiyyat linki:
