AzTU İnkubasiya Mərkəzi

AzTU İnkubasiya Mərkəzində Maşınqayırma və Metallurgiya fakültəsi üçün ‘Startap Günləri’ infosessiyası keçiriləcək!

💡 AzTU İnkubasiya Mərkəzində Maşınqayırma və Metallurgiya fakültəsi üçün ‘Startap Günləri’ infosessiyası keçiriləcək!

📅 Tarix: 18 noyabr 2025
🕐 Saat: 13:30
📍 Məkan: Azərbaycan Texniki Universiteti İnkubasiya Mərkəzi

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən Maşınqayırma və Metallurgiya fakültəsinin tələbələri üçün ‘Startap Günləri’ ilə bağlı xüsusi məlumat sessiyası keçiriləcək.

İnfosessiya zamanı tələbələrə ‘Startap Günləri’ proqramının məqsədi, iştirak qaydaları, mərhələləri, mentor dəstəyi və ideya inkişafı prosesləri barədə ətraflı məlumat veriləcək. Həmçinin tədbir iştirakçıları startap ekosisteminin imkanları, universitetdə mövcud innovativ mühit və “Startap Azərbaycan” platforması ilə əməkdaşlıq perspektivləri haqqında da tanış olacaqlar.

Bu infosessiya, gənc innovatorlar üçün öz ideyalarını reallaşdırmaq, komanda formalaşdırmaq və gələcək layihələrini təqdim etmək üçün ideal fürsətdir.

🚀 Bu fürsəti qaçırma — ideyanı reallığa çevir!
Qeydiyyat formu: https://forms.gle/pvJUmubw9hCWuGk49

← Xəbərlər Səhifəsinə Qayıt