AzTU İnkubasiya Mərkəzi

AzTU İnkubasiya Mərkəzində ‘Startap Günləri’ infosessiyası!

💡 AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” infosessiyası!

📅 Tarix: 16 yanvar 2026
🕐 Saat: 13:00
📍 Məkan: Azərbaycan Texniki Universiteti – İnkubasiya Mərkəzi

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən “Startap Günləri” proqramına həsr olunmuş infosessiya keçiriləcək.

İnfosessiya zamanı iştirakçılara “Startap Günləri” proqramının məqsədi, iştirak şərtləri, mərhələləri, mentor dəstəyi və ideyaların inkişaf prosesi haqqında ətraflı məlumat veriləcək. Bununla yanaşı, tələbələr startap ekosisteminin təqdim etdiyi imkanlar, universitetdə mövcud innovativ mühit və “Startap Azərbaycan” platforması ilə əməkdaşlıq perspektivləri ilə tanış olacaqlar.

Bu infosessiya innovativ düşüncəyə sahib gənclər üçün öz ideyalarını reallaşdırmaq, komanda qurmaq və gələcək layihələrini təqdim etmək baxımından əla fürsətdir.

🚀 Bu fürsəti qaçırma — ideyanı reallığa çevir!
Qeydiyyat linki: https:
forms.gle/9UuxwBbYUR3M8pidA

← Xəbərlər Səhifəsinə Qayıt