AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!
Azərbaycan Texniki Universitetinin (AzTU) “Startap Günləri” 5–6 dekabr 2025-ci il tarixlərində AzTU İnkubasiya Mərkəzinində baş tutacaq.
📅 Tarix və vaxt:
5 dekabr (cümə günü):
⏰ Saat 14:00 – gün sonuna kimi
6 dekabr (şənbə günü):
⏰ Saat 10:00–16:00
📍 Məkan: Azərbaycan Texniki Universiteti – İnkubasiya Mərkəzi
Startap Günlərində iştirak etməklə sən nə qazanacaqsan?
- İdeyan var? Onu təkcə düşüncədə saxlamadan, real layihəyə çevirmək üçün sənə güclü mentorlar və təcrübəli ekspertlər dəstək olacaq!
- Startap ekosisteminin bir parçası ol! Uğurlu startap qurucuları və potensial investorlarla birbaşa tanışlıq imkanı — bir söhbət gələcəyini dəyişə bilər!
- Networking imkanı! Sənin kimi motivasiyalı gənclərlə əlaqə qur, yeni imkanlar və gələcək əməkdaşlıqlar üçün öz şəbəkəni genişləndir.
- Komanda qur və liderlik et! Fikirlərini bölüşəcəyin, səni tamamlayan və ideyanı zirvəyə daşıyacaq peşəkar və yaradıcı komanda formalaşdır.
- Real bacarıqlar qazan! Praktiki təlimlərdə iştirak edərək ideyanı biznesə çevirmək üçün lazım olan bilik və bacarıqlara yiyələn.
- Səhnəyə çıx və ideyanı tanıt! Müsabiqələrdə layihəni təqdim et, diqqət mərkəzində ol və seçilən ideyalardan biri olmaq şansını qazan.
- Rəsmi sertifikat əldə et! Gələcək karyerana ciddi dəyər qatacaq sertifikatlarla özünü daha da inkişaf etdir.
- Tamamilə pulsuz iştirak! Sadəcə motivasiyanı və ideyanı götür, qalan hər şeyi biz təmin edirik!
- Gənc innovatorların toplandığı bu xüsusi tədbirdə sən də iştirak et, gələcəyini bu gündən formalaşdır!
🔗 Qeydiyyat linki: https://forms.gle/FGELANnL46z3aguA8
