AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!
23–24 yanvar 2026-cı il tarixlərində AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək. Tədbir gənclərin innovativ ideyalarını real startap layihələrinə çevirməsi, mentor və ekspertlərlə işləməsi, networking imkanları əldə etməsi və praktiki biliklər qazanması məqsədi daşıyır. İştirakçılar müsabiqələrdə çıxış edəcək, rəsmi sertifikat əldə edəcək və tədbirdə tamamilə pulsuz iştirak edəcəklər.
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!
Azərbaycan Texniki Universitetinin (AzTU) “Startap Günləri” 23–24 yanvar 2026-cı il tarixlərində AzTU İnkubasiya Mərkəzinində baş tutacaq.
📅 Tarix və vaxt:
23 yanvar (cümə günü):
⏰ Saat 14:00 – gün sonuna kimi
24 yanvar (şənbə günü):
⏰ Saat 10:00–16:00
📍 Məkan: Azərbaycan Texniki Universiteti – İnkubasiya Mərkəzi
Startap Günlərində iştirak etməklə sən nə qazanacaqsan?
- İdeyan var? Onu təkcə düşüncədə saxlamadan, real layihəyə çevirmək üçün sənə güclü mentorlar və təcrübəli ekspertlər dəstək olacaq!
- Startap ekosisteminin bir parçası ol! Uğurlu startap qurucuları və potensial investorlarla birbaşa tanışlıq imkanı — bir söhbət gələcəyini dəyişə bilər!
- Networking imkanı! Sənin kimi motivasiyalı gənclərlə əlaqə qur, yeni imkanlar və gələcək əməkdaşlıqlar üçün öz şəbəkəni genişləndir.
- Komanda qur və liderlik et! Fikirlərini bölüşəcəyin, səni tamamlayan və ideyanı zirvəyə daşıyacaq peşəkar və yaradıcı komanda formalaşdır.
- Real bacarıqlar qazan! Praktiki təlimlərdə iştirak edərək ideyanı biznesə çevirmək üçün lazım olan bilik və bacarıqlara yiyələn.
- Səhnəyə çıx və ideyanı tanıt! Müsabiqələrdə layihəni təqdim et, diqqət mərkəzində ol və seçilən ideyalardan biri olmaq şansını qazan.
- Rəsmi sertifikat əldə et! Gələcək karyerana ciddi dəyər qatacaq sertifikatlarla özünü daha da inkişaf etdir.
- Tamamilə pulsuz iştirak! Sadəcə motivasiyanı və ideyanı götür, qalan hər şeyi biz təmin edirik!
- Gənc innovatorların toplandığı bu xüsusi tədbirdə sən də iştirak et, gələcəyini bu gündən formalaşdır!
🔗 Qeydiyyat linki: https://forms.gle/j1u5uzaWemj3CCue6
