AzTU İnkubasiya Mərkəzində “Startap və İnnovasiya” mövzusunda təlim keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşlarının iştirakı ilə tələbələr üçün “Startap və İnnovasiya” mövzusunda təlim təşkil edilib.
Təlimdə İRİA-nın layihə menecerləri — Nigar Davud, Xumar Cəmilli və Aydın Səmədov iştirak edərək öz bilik və təcrübələrini tələbələrlə bölüşüblər.
Sessiya çərçivəsində iştirakçılara startap ekosistemi və innovasiya sahəsi üzrə əsas anlayışlar təqdim olunub. Təlim zamanı aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılıb:
-
Startap anlayışı və onun mahiyyəti
-
İnnovasiya nədir və innovativ yanaşmanın əhəmiyyəti
-
Startapın adi biznes və ideyadan fərqləri
-
Prototip və MVP anlayışları
-
İnnovasiya və dəstək proqramları
-
Tələbə olaraq innovasiyaya başlama yolları
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib və interaktiv müzakirələr aparılıb.
Təlim tələbələrin kreativ düşünmə bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyaların formalaşdırılmasına dəstək verilməsi və startap mədəniyyəti ilə yaxından tanış olmaları məqsədi daşıyıb.







