AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib
← Bütün xəbərlərə qayıt
Xəbər Mart 13, 2026

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzi tərəfindən tələbələr üçün infosessiya keçirilib. Tədbirdə mərkəzin fəaliyyəti, startap ekosisteminin inkişafı, inkubasiya proqramı, “Startap Günləri” və hackathonlar haqqında iştirakçılara məlumat verilib. Eyni zamanda tələbələrə AzTU İnkubasiya Mərkəzinin yenilənmiş rəsmi saytı təqdim olunub və sayt vasitəsilə mövcud imkanlar barədə məlumat əldə edə biləcəkləri bildirilib.

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzi tərəfindən tələbələr və innovasiya ilə maraqlanan gənclər üçün infosessiya təşkil olunub. Tədbirdə AzTU İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri Osman Gündüz də çıxış edərək tələbələrə öz fikirlərini bölüşüb və startap ekosisteminin əhəmiyyəti barədə tövsiyələr verib.

Infosessiyada AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək mərkəzin fəaliyyəti və təqdim olunan imkanlar barədə iştirakçılara ətraflı məlumat verib, tələbələrə innovasiya proqramlarında iştirak yollarını izah edib və mərkəzin yenilənmiş rəsmi saytını nümayiş etdirib.

Tədbir çərçivəsində mərkəz tərəfindən həyata keçirilən layihələr və əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat verilib. AzTU İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri – inkubasiya proqramı, “Startap Günləri”, hackathonlar, startap yönümlü təlimlər və tələbələrin innovativ layihələrinin inkişafına göstərilən dəstək haqqında məlumat verilib. Tədbirin təşkilində AzTU-nun Tələbə Elmi Cəmiyyəti də fəal iştirak edib.

Eyni zamanda, infosessiya çərçivəsində AzTU-nun beynəlxalq səviyyədə keçiriləcək yarışlarda iştirakı barədə də məlumat verilib və universiteti Özbəkistanda keçiriləcək tədbirlərdə təmsil edəcək komandalar təqdim olunub.

Mərkəzin fəaliyyəti çərçivəsində təşkil olunan təlim proqramları, mentor dəstəyi və startap komandalarının inkişaf mərhələləri barədə iştirakçılarla müzakirələr aparılıb. Tədbirdə müxtəlif innovasiya müsabiqələri və “Startap Günləri” layihəsi çərçivəsində formalaşmış startap komandalarının uğurları nümayiş etdirilib.

Bildirilib ki, AzTU İnkubasiya Mərkəzinin əsas məqsədi tələbələrin ideyalarını real layihələrə və startaplara çevirməsinə dəstək göstərmək, texnoloji sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və universitet daxilində innovasiya yönümlü ekosistemin formalaşdırılmasına töhfə verməkdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və tələbələr startap layihələrinin inkişafı üçün mövcud imkanlar barədə əlavə məlumat əldə ediblər.