AzTU İnkubasiya Mərkəzi

SmartSolutions HACKATHON 2026

SmartSolutions HACKATHON 2026

Azərbaycan Texniki Universiteti (AzTU), AzInTelecom-un əsas sponsorluğu və Startap Azərbaycanın tərəfdaşlığı ilə SmartSolutions Hackathon 2026 təşkil olunur.

AzTU İnkubasiya Mərkəzində keçiriləcək bu iki günlük innovasiya tədbiri innovativ düşüncəyə sahib gəncləri bir araya gətirərək real problemlərə texnoloji həllər hazırlamağa təşviq edir. İştirakçılar komandalar şəklində çalışaraq ideyalarını inkişaf etdirəcək, prototiplər hazırlayacaq və layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər. Tədbir gənclərə biliklərini praktik mühitdə sınamaq, komanda işi bacarıqlarını gücləndirmək və innovativ yanaşma formalaşdırmaq imkanı yaradacaq.

Hackathon iki əsas istiqaməti əhatə edir:
1.     Süni intellect, Mobillik
2.     Kibertəhlükəsizlik, FinTech və Bulud texnologiyaları

Hər bir istiqamət üzrə ayrıca qaliblər müəyyən ediləcək və mükafatlandırılacaq.

Hər istiqamət üzrə mükafat fondu:
1-ci yer – 1000 AZN
2-ci yer – 700 AZN
3-cü yer – 500 AZN

Hackathon-da iştirak yalnız komanda formatında mümkündür, fərdi müraciətlər qəbul edilmir.
Son müraciət tarixi: 31 mart 2026

Tarix: 10–11 aprel 2026
Başlama vaxtı: 10:00
Məkan: AzTU İnkubasiya Mərkəzi
Qeydiyyat linki:https://forms.gle/hXLQMZh3fG9YMdhr8

Texnologiya, innovasiya və komanda ruhunu paylaşan gəncləri SmartSolutions Hackathon 2026-da iştirak etməyə dəvət edirik.

← Xəbərlər Səhifəsinə Qayıt