AzTU İnkubasiya Mərkəzi

AzTU İnkubasiya Mərkəzində inkubasiya proqramı start götürür!

AzTU İnkubasiya Mərkəzində inkubasiya proqramı start götürür!

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində İnkubasiya Proqarmına start veriləcək.
Artıq müraciətlərin qəbuluna başlanıb. İnkubasiya Proqramına Noyabr ayında start verilməsi nəzərdə tutulub.

Proqramın əsas məqsədi tələbələr, gənc tədqiqatçılar və innovativ ideyası olan gənclərin  startap layihələrinin inkişaf etdirilməsi və akselerasiya mərhələsinə hazırlanmasıdır.

İnkubasiya proqramı çərçivəsində iştirakçılara biznes modelləşdirmə, məhsulun inkişafı, komanda quruculuğu, mentor dəstəyi və investorlarla əlaqə imkanları təqdim ediləcək. Proqram müddətində komandalar praktiki təlimlər və layihə inkişaf sessiyaları vasitəsilə öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcəklər.

Bu fəaliyyətlər gənclərə real təcrübə qazanmaq, layihələrini investorlar və ekosistem nümayəndələri qarşısında təqdim etmək imkanı yaradacaq.

AzTU İnkubasiya Mərkəzi bu təşəbbüslə gənclərin innovativ düşüncəsini dəstəkləməyi, universitet daxilində güclü startap ekosisteminin formalaşmasına töhfə verməyi hədəfləyir.

💡 İdeyan varsa, bu fürsəti qaçırma!
İnkubasiya proqramında iştirak edərək ideyandan real layihə yarat!

📍 Müraciətlərin başlama tarixi: 6 oktyabr 2025
📍 İnkubasiya Proqarmının başlama vaxtı: Noyabr , 2025
📌 Məkan: AzTU İnkubasiya Mərkəzi
🔗 Qeydiyyatdan keçmək üçün: https://incubator.az/muraciet/
🔗 İnkubasiya proqramı: https://incubator.az/programlar/

← Xəbərlər Səhifəsinə Qayıt