AzTU-da Binance Academy ilə “Blokçeyn texnologiyası və virtual aktivlər” mövzusunda vörkşop keçiriləcək
AzTU İnkubasiya Mərkəzi və Binance Academy-nin birgə təşkilatçılığı ilə 26 noyabr 2026-cı il tarixində tələbələr üçün xüsusi olaraq hazırlanmış “Blokçeyn texnologiyası və virtual aktivlər: Rəqəmsal maliyyə alətləri, investisiya, treydinq” mövzusunda vörkşop keçiriləcək.
Blokçeyn texnologiyasının necə işlədiyini, virtual aktivlərin nə olduğunu və kriptovalyuta bazarında treydinqin əsaslarını öyrənmək istəyirsənsə, bu tədbir sənin üçündür!
Vörkşopda nələri öyrənəcəksən?
🔹 Blokçeyn və virtual aktivlər: blokçeyn texnologiyası necə işləyir, rəqəmsal aktivlərin əsas məntiqi nədir?
🔹 Rəqəmsal maliyyə alətləri və investisiya: virtual aktivlər hansı maliyyə imkanları yaradır və investisiya zamanı hansı risklər nəzərə alınmalıdır?
🔹 Demo treydinq: Binance platformasında real bazar mühitinin simulyasiyasında praktiki treydinq sessiyası.
🔹 Binance-də karyera imkanları: Tələbə Ambassador proqramı, təcrübə imkanları və karyera proqramları haqqında məlumat.
🎯 Kahoot bilik viktorinasında biliklərini sınayacaqsan, qaliblər isə xüsusi Binance hədiyyələri qazanacaqlar!
Tədbirin sonunda Binance komandası ilə networking sessiyası keçiriləcək. Bu, həm suallarını birbaşa mütəxəssislərə ünvanlamaq, həm də rəqəmsal maliyyə və Web3 sahəsində yeni əlaqələr qurmaq üçün yaxşı fürsətdir.
🎤 Vörkşopun spikerləri:
▪️ Elnur Quliyev: UNEC Biznes Məktəbinin müəllimi, Binance-in yerli konsultantı
▪️ Bilal Hüseynov: Binance meneceri
📅 Tarix: 26 noyabr 2026-cı il, cümə axşamı
🕑 Saat: 14:00
📍 Məkan: AzTU, Akt zalı
📝 Qeydiyyat: https://forms.gle/hCU1cVEJD6kKcPvHA
