Biz fişinq əleyhinə süni intellekt əsaslı və proaktiv brauzer əlavəsi (extension) yaratmışıq. Hal-hazırda pre-seed mərhələsindəyik. MVP məhsulumuz artıq var, hal-hazırda optimizasiyalar edirik, bugları və s. aradan qaldırmağa çalışırıq. Planımız aprel ayının sonu, may əvvəli məhsulu bazara çıxarmaqdı.
Layihə haqqında
Komanda
Komanda üzvləri
Ziyad Muradov(mən) - Team Lead, AI/ML backend engineer Amil Süleymanov - kibertəhlükəsizlik üzrə mütəxəssis Fuad Məmmədli - təhlükəsizlik memarı Emil Məhərrəmov - təhlükəsizlik üzrə tədqiqatçı Amin Orucov - full-stack proqramçı
Nailiyyətlər
- Layihə olaraq SmartSolutions hakatonunda 1-ci yeri qazanmışıq.Bu uğurun nəticəsi olaraq 1000 AZN pul mükafatı əldə etmişik. Əldə etdiyimiz mükafatın böyük hissəsini layihəmizi ilkin mərhələlərdə yaranacaq pul ehtiyaclarını qarşılamaqdır. Hazırda əsas hədəfimiz həm B2B, həm də B2C kanalları vasitəsilə sürətlə böyüyərək, əvvəlcə Asiya, daha sonra isə qlobal bazara çıxmaqdır. Texnoloji infrastrukturumuzu daha da gücləndirmək üçün iddialı addımlar atmağı planlaşdırırıq. Genişlənmə strategiyamızın tərkib hissəsi kimi AWS Partner Network və Anthropic Partners qoşulmağı hədəfləyirik. Bu tərəfdaşlıqlar bizə müasir süni intellekt modellərini tətbiq etməyə və mürəkkəb "agentic workflow" (agent əsaslı iş axını) sistemlərini qurmağa imkan verəcək. Bu texnoloji üstünlüklərdən istifadə edərək, istifadəçilərimizə daha çevik və avtonom həllər təqdim edəcəyik.
