AzTU İnkubasiya Mərkəzində “Open Data Talk” dəyirmi masası keçiriləcək
2 noyabr 2026-cı il, saat 11:00-da Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində açıq məlumatlar mövzusunda “Open Data Talk” dəyirmi masası keçiriləcək. Görüş İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə AzTU İnkubasiya Mərkəzi ilə birgə təşkil olunur.
Tədbirə universitetin tədqiqatçıları, professor-müəllim heyəti və startap komandaları dəvət olunur. Görüşün məqsədi iştirakçıların elmi tədqiqat, tədris və innovativ layihələrdə hansı məlumatlara ehtiyac duyduğunu müəyyənləşdirmək, açıq məlumatlardan istifadə imkanlarını müzakirə etmək və bu sahədə təkliflərini öyrənməkdir.
Görüş təxminən bir saat davam edəcək. Qısa giriş təqdimatından sonra iştirakçıların ehtiyacları, təcrübələri və ideyaları əsasında interaktiv müzakirə aparılacaq. Müzakirənin əsas mövzuları bunlardır:
- elmi tədqiqatlar, tədris və startap layihələri üçün lazım olan məlumat dəstləri və prioritet mövzular;
- açıq məlumatlar əsasında tədqiqat aparmaq, tətbiqlər, innovativ məhsul və xidmətlər hazırlamaq imkanları;
- məlumatların əldə edilməsi və istifadəsi zamanı yaranan çətinliklər, o cümlədən onların keyfiyyəti, formatı, detallılıq səviyyəsi və yenilənmə tezliyi.
Mövzu ilə maraqlanan hər kəs tədbirə dəvətlidir. İştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.
📅 Tarix: 2 noyabr 2026 (bazar ertəsi)
🕚 Saat: 11:00
📍 Məkan: AzTU, 2 saylı korpus, İnkubasiya Mərkəzi
📝 Qeydiyyat: https://forms.gle/eAmobHMEtbQVDz6NA
