AzTU GAMEDEV PROGRAM – Game Jam-a hazırlıq işləri yekunlaşır!
← Bütün xəbərlərə qayıt
Xəbər Noyabr 21, 2026

AzTU GAMEDEV PROGRAM – Game Jam-a hazırlıq işləri yekunlaşır!

20–22 noyabr tarixlərində Azərbaycan Texniki Universitetində keçiriləcək 48 saatlıq Game Jam tədbirinin təşkili ilə bağlı könüllü komandası ilə görüş keçirilib.

Görüş zamanı tədbirin təşkilati planı, könüllülərin fəaliyyət istiqamətləri, vəzifə bölgüsü və tədbir müddətində həyata keçiriləcək işlər müzakirə olunub. İştirakçıların qarşılanması, yönləndirilməsi, texniki və təşkilati dəstəyin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar müəyyənləşdirilib.

9 universitetdən 81 tələbənin iştirak edəcəyi Game Jam çərçivəsində komandalar 48 saat ərzində sıfırdan oyun hazırlayaraq öz layihələrini təqdim edəcəklər. Ən uğurlu 5 layihə arasında ümumilikdə 27 200 AZN (təxminən 16 000 ABŞ dolları) məbləğində mükafat fondu bölüşdürüləcək.

Təşkilatçılar və könüllü komandası tədbirin uğurla həyata keçirilməsi üçün bütün hazırlıqları tamamlayaraq marafona tam hazırdır!

48 saatlıq yaradıcılıq, texnologiya və innovasiya marafonuna start veririk!