Oyun yaratmağa marağın var? Bəlkə də gələcək karyeran oyun sənayesində başlayacaq!
🎮 Oyun yaratmağa marağın var? Bəlkə də gələcək karyeran oyun sənayesində başlayacaq!
🚀 “Xsolla”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzTU”nun birgə təşəbbüsü ilə, “Nomadman Studio” və “IGDA Azerbaijan”ın və AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə “AzTU GAMEDEV PROGRAM” keçiriləcək. Proqram bu dəfə AzTU-nun İnkubasiya Mərkəzində baş tutacaq və iştirakçılar 4 həftə ərzində oyun tərtibatının əsas istiqamətləri üzrə 20 təlimdə iştirak edəcəklər.
📅 19 oktyabr – 23 noyabr tarixlərində keçiriləcək proqramda iştirak ödənişsizdir. Təlimlər həftəiçi günlərdə, əsasən axşam saatlarında keçiriləcək. Sessiyaların bir hissəsi AzTU-nun İnkubasiya Mərkəzində, digər hissəsi isə onlayn formatda təşkil olunacaq. Bu format tələbələrin gündəlik dərs cədvəli ilə proqramı daha rahat uyğunlaşdırmasına imkan verəcək.
🗂️ İştirakçılar proqram çərçivəsində oyun hazırlanmasının üç əsas istiqamətindən birini öz əsas “main track”i kimi seçəcəklər:
🎮 “Game Design” — oyun ideyasının hazırlanması, mexanikalar və “gameplay” dizaynı
🎨 “Game Art” — 3D modelləşdirmə və oyunların vizual tərəfinin hazırlanması
💻 “Game Development” — “Unity” və “Unreal Engine” ilə oyun hazırlanması və proqramlaşdırma
İştirakçılar seçdikləri əsas “main track” üzrə üzrə keçirilən təlimlərdə iştirak etməyə görə məsuliyyət daşıyacaq və davamiyyət proqramın əsas tələblərindən biri olacaq.
🏆 Proqramın sonunda iştirakçıları 48 saatlıq “BOOTCAMP” gözləyir. Komandalar şəklində keçiriləcək bu mərhələdə iştirakçılar qısa müddət ərzində öz oyun prototiplərini hazırlayıb təqdim edəcəklər. Ən uğurlu layihələr arasında ümumilikdə 16,000 ABŞ dolları dəyərində mükafat bölüşdürüləcək.
📜 Proqramı tamamlayan iştirakçılara “AzTU GAMEDEV PROGRAM” üzrə universitet və təşkilatçıların imzası ilə rəsmi sertifikat təqdim olunacaq.
Proqramda AzTU tələbələri ilə yanaşı, digər universitetlərdə bakalavr və magistratura pilləsində təhsil alan tələbələr də iştirak edə bilərlər.
👇 Oyun sənayesində özünü sınamaq, yeni bacarıqlar qazanmaq və komanda ilə real oyun hazırlamaq istəyirsənsə, “AzTU GAMEDEV PROGRAM” sənin üçün yaxşı başlanğıc ola bilər.
Qeydiyyat linki : https://forms.gle/BeXfnmzfjEp6JhKX7
#xsolla #aztu #nomadmanstudio #bootcampb
