AzTU İnkubasiya Mərkəzi SABAH Proqramları üzrə təhsil alan tələbələr üçün İnfosessiya Keçirir
← Bütün xəbərlərə qayıt
Xəbər Sentyabr 18, 2026

AzTU İnkubasiya Mərkəzi SABAH Proqramları üzrə təhsil alan tələbələr üçün İnfosessiya Keçirir

Azərbaycan Texniki Universiteti (AzTU) İnkubasiya Mərkəzi, SABAH Proqramlarının Koordinasiya Mərkəzi və Startap Azərbaycan-ın birgə təşkilatçılığı ilə tələbələr üçün xüsusi İnfosessiya təşkil olunur.

Tədbirin əsas məqsədi gəncləri startap ekosistemi ilə tanış etmək, innovativ ideyaların reallaşdırılması yollarını göstərmək və inkubasiya mərkəzinin təqdim etdiyi imkanlar barədə onları məlumatlandırmaqdır.

İnfosessiya çərçivəsində tələbələr aşağıdakı imkanlar haqqında ətraflı məlumat əldə edəcəklər:

  • İdeyadan biznesə gedən yol və startap təcrübəsi
  • Komanda formalaşdırılması və inkubasiya dəstəyi
  • Networking və mentorluq imkanları

Gələcəyin uğurlu startapını qurmaq və innovativ layihələrdə yer almaq istəyən bütün tələbələr tədbirə dəvət olunur.

📅 Tarix: 22 Sentyabr 2026

Saat: 14:00

📍 Məkan: AzTU İnkubasiya Mərkəzi

📌 İştirak üçün qeydiyyatdan keçin: https://forms.gle/i72Vg4qorwkkHVVs5