AzTU İnkubasiya Mərkəzində SABAH tələbələri üçün “Startap Günləri” keçiriləcək
🚀 Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində SABAH qruplarının tələbələri üçün “Startap Günləri” keçiriləcək. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Startup Azerbaijan-ın tərəfdaşlığı ilə təşkil olunur. O, 23–24 oktyabr 2026-cı il tarixlərində baş tutacaq.
“Startap Günləri”nin məqsədi tələbələrin ideyalarını real layihələrə çevirməsinə dəstək olmaq, onları startap ekosistemi ilə yaxından tanış etmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. Tədbirin sonunda qalib komandalar müəyyənləşdiriləcək və onlara qiymətli hədiyyələr təqdim olunacaq.
📅 Tarix və vaxt:
23 oktyabr (cümə): saat 14:00-dan gün sonuna kimi
24 oktyabr (şənbə): saat : 09:00-dan 17:00-a qədər
📍 Məkan: Azərbaycan Texniki Universiteti, İnkubasiya Mərkəzi
Startap Günlərində iştirak etməklə nə qazanacaqsan?
💡 Mentor və ekspert dəstəyi: Təcrübəli mentor və ekspertlər ideyanı real layihəyə çevirməyə kömək edəcək.
🤝 Ekosistemlə tanışlıq: Uğurlu startap qurucuları və potensial investorlarla birbaşa tanış ol.
🌐 Networking: Sənin kimi motivasiyalı gənclərlə əlaqə qur və gələcək əməkdaşlıqlar üçün şəbəkəni genişləndir.
👥 Komanda və liderlik: Səni tamamlayan bir komanda qur və ideyanı birlikdə inkişaf etdir.
📜 Sertifikat: Karyerana dəyər qatacaq rəsmi sertifikat əldə et.
🏆 Qiymətli hədiyyələr: Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq!
📝 Qeydiyyat üçün keçid: https://forms.gle/rEXByn2rGhkP8X2y8
