💡 AzTU İnkubasiya Mərkəzində İTT fakültəsi üçün ‘Startap Günləri’ infosessiyası!
📅 Tarix: 6 noyabr 2025
🕐 Saat: 13:30
📍 Məkan: Azərbaycan Texniki Universiteti İnkubasiya Mərkəzi
Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən İTT fakültəsinin tələbələri üçün ‘Startap Günləri’ ilə bağlı xüsusi məlumat sessiyası keçiriləcək.
İnfosessiya zamanı tələbələrə ‘Startap Günləri’ proqramının məqsədi, iştirak qaydaları, mərhələləri, mentor dəstəyi və ideya inkişafı prosesləri barədə ətraflı məlumat veriləcək. Həmçinin tədbir iştirakçıları startap ekosisteminin imkanları, universitetdə mövcud innovativ mühit və “Startap Azərbaycan” platforması ilə əməkdaşlıq perspektivləri haqqında da tanış olacaqlar.
Bu infosessiya, gənc innovatorlar üçün öz ideyalarını reallaşdırmaq, komanda formalaşdırmaq və gələcək layihələrini təqdim etmək üçün ideal fürsətdir.
🚀 Bu fürsəti qaçırma — ideyanı reallığa çevir!
