AzTU-da İRİA-nın təşəbbüsü ilə Açıq Məlumatlar (Open Data) mövzusunda təlim keçirilib
İRİA-nın təşəbbüsü və AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində keçirilən “Açıq Məlumatlar – Open Data” təlimində iştirakçılara açıq məlumat anlayışı, onun tətbiq sahələri və innovasiya ekosistemində rolu barədə praktiki biliklər təqdim olunub.
AzTU-da Açıq Məlumatlar (Open Data) mövzusunda təlim keçirilib
“Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Açıq Məlumatlar – Open Data” mövzusunda təlim təşkil olunub.
Tədbirin açılışında AzTU-nun rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz açıq məlumatların rəqəmsal transformasiyada rolu və innovasiyaların inkişafına verdiyi töhfələrdən danışıb. Ardınca AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək təlimin məqsədləri, gənclər üçün yaratdığı imkanlar və açıq məlumat bacarıqlarının startap ekosistemi üçün əhəmiyyətini vurğulayıb.









Daha sonra İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin Universitetlərdə Ekosistem Quruculuğu üzrə Layihə Meneceri Nigar Davud Azərbaycanda açıq məlumat ekosistemi və universitetlərin bu sahədə rolu barədə təqdimatla çıxış edib.
Təlim İRİA-nın təşəbbüsü ilə AzTU İnkubasiya Mərkəzində təlimçi Xanım Rəhmanova tərəfindən keçirilib. Təlim zamanı Open Data anlayışı, beynəlxalq təcrübə, Azərbaycanda mövcud açıq məlumat platformaları və praktiki istifadə imkanları izah olunub.
Tədbir interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
