AzTU komandaları “Global Tech Hackathon 2026” beynəlxalq platformasında universiteti təmsil edəcək.
AzTU komandaları Özbəkistan Respublikasının Daşkənd şəhərində Central Asian University tərəfindən təşkil olunan “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq yarışmalara hazırlaşır. “AI in Healthcare Hackathon 2026” istiqaməti üzrə AZ2 və MedX komandaları AzTU-da daxili qiymətləndirmədən keçərək beynəlxalq mərhələyə vəsiqə qazanıb, CTF istiqaməti üzrə isə hazırlıq prosesi davam edir.
AzTU komandaları “Global Tech Hackathon 2026” beynəlxalq platformasında universiteti təmsil edəcək.
Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Mərkəzi Asiya Universiteti (Central Asian University – CAU) tərəfindən təşkil olunan “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq yarışmalarda iştirak edəcəklər.

Hackathon proqramının əsas istiqaməti:
“AI in Healthcare Hackathon 2026” – bu istiqamət üzrə AzTU-nu 2 startap komandası – AZ2 və MedX təmsil edəcək.
Beynəlxalq mərhələdən öncə bu istiqamət üzrə çıxış edəcək komandaların layihələri AzTU-da daxili qiymətləndirmədən keçirilib. AzTU İnkubasiya Mərkəzində təşkil olunan təqdimat sessiyasında AZ2 və MedX komandaları hazırladıqları texnoloji həlləri, layihələrinin innovativ tərəflərini və tətbiq potensialını təqdim ediblər.




Qiymətləndirmə zamanı layihələrin aktuallığı, texniki əsaslandırılması, real problemlərin həllinə yönəlməsi və beynəlxalq platformada rəqabət qabiliyyəti əsas meyar kimi nəzərə alınıb. Təqdim olunan rəy və tövsiyələr əsasında komandalar layihələrini daha da təkmilləşdirərək Daşkənd şəhərində keçiriləcək beynəlxalq mərhələyə hazırlaşırlar.
Bununla yanaşı, yarışma çərçivəsində keçiriləcək “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə də AzTU komandalarının iştirakı nəzərdə tutulur və bu istiqamət üzrə hazırlıq prosesi davam edir.

AzTU olaraq komandalarımıza beynəlxalq arenada uğurlar arzulayır və onların universitetimizi yüksək səviyyədə təmsil edəcəyinə inanırıq.
