AzTU komandası beynəlxalq yarışda uğur qazanıb
Azərbaycan Texniki Universitetinin komandaları Daşkənddə keçirilən “CAU Tech Hackathon 2026” beynəlxalq yarışında iştirak edərək “AI in Healthcare” və “Cybersecurity CTF” istiqamətlərində ölkəni təmsil edib. 120 komanda arasında CTF üzrə AzTU komandası 7-ci yerə layiq görülüb və hər iki istiqamətdə digər Azərbaycan universitetlərini qabaqlayıb. Komandalar mentor və koordinator dəstəyi ilə uğurla çıxış ediblər.
Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Daşkənd şəhərində Mərkəzi Asiya Universitetində keçirilmiş “CAU Tech Hackathon 2026” beynəlxalq yarışda iştirak edib. 120 komandanın yarışdığı bu nüfuzlu beynəlxalq tədbirdə AzTU komandaları “AI in Healthcare Hackathon 2026” və “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqamətləri üzrə təmsil olunub.
“International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə yarışan AzTU komandası 7-ci yerə layiq görülüb.
Azərbaycan Texniki Universitetini təmsil edən komandaları AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev müşayiət edib. Eyni zamanda, komandaların hazırlıq və yarış prosesində effektiv iştirakının təmin olunması məqsədilə Şamxal Əliyev, CTF komandası üzrə isə Murad Əhmədov tərəfindən mentorluq dəstəyi göstərilib.
Qeyd edək ki, hər iki istiqamət üzrə AzTU komandalarının nəticələri digər Azərbaycan universitetlərini qabaqlayıb.











