AzInTelecom-un dəstəyi ilə keçirilən SmartSolutions Hackathon 2026-nın qalibləri müəyyən olundu
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 11, 2026

AzInTelecom-un dəstəyi ilə keçirilən SmartSolutions Hackathon 2026-nın qalibləri müəyyən olundu

AzInTelecom-un dəstəyi ilə keçirilən SmartSolutions Hackathon 2026 uğurla yekunlaşmış və hər iki istiqamət üzrə qalib komandalar müəyyən olunmuşdur. Qaliblər münsiflər tərəfindən 5 meyar əsasında seçilmiş, tədbirin sonunda AzTU-nun rektoru Vilayət Vəliyev tərəfindən AzInTelecom-a və könüllü tələbələrə təşəkkürnamələr təqdim olunmuşdur.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində keçirilən, AzInTelecom MMC-nin dəstəyi ilə təşkil olunan SmartSolutions Hackathon 2026 tədbiri uğurla yekunlaşmışdır.

İki gün davam edən hackathon çərçivəsində komandalar innovativ ideyalarını real məhsul səviyyəsinə çatdıraraq münsiflər qarşısında təqdim etmişlər. Qiymətləndirmə nəticəsində hər iki istiqamət üzrə qalib komandalar müəyyən olunmuşdur.

Süni İntellekt və Mobillik istiqaməti üzrə:

🥇 I yer – ChatX – Courier Fatigue Detector
Kənan Rzayev, Fərid Mustafayev, Nurlanə Ələkbərova

🥈 II yer – ISO – AI in Agriculture
Ömər Bəşirli, İsmayıl Baba, Ömər Səbzəliyev, Süleyman Salmanlı
(TAU və AzTU tələbələrindən ibarət komanda)

🥉 III yer – Tab-SM – Predictive Sharing (Demand Prediction)
Əşrəf Abbasov, Kənan Salmanlı

Kibertəhlükəsizlik, FinTech və Bulud texnologiyaları istiqaməti üzrə:

🥇 I yer – CyberClowns – Real-Time Phishing Browser Extension
Ziyad Muradov, Amil Süleymanov, Amin Orucov, Emil Məhərrəmov, Fuad Məmmədli

🥈 II yer – Nimbus1950 – Smart Financial Fraud Detection
Elgün Şükürov, Osman Sadıqov, Rafael Qurbanov, Ayan Mahmudova

🥉 III yer – Aura – AI Scam & Phishing Detector
Selcan Kərimli, Aisel Gasumova

Qaliblər ideyanın innovativliyi, təqdim olunan həllin texniki əsaslandırılması, bazar potensialı və komanda performansı kimi meyarlar əsasında seçilmişdir.

Tədbirin bağlanış mərasimində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev AzInTelecom MMC-yə göstərdiyi dəstəyə görə təşəkkürnaməni şirkətin Marketinq şöbəsinin müdiri Murad Əhmədova təqdim etmişdir.

Eyni zamanda hackathonun təşkilində və keçirilməsində aktiv iştirak edən könüllü tələbələrə də təşəkkürnamələr təqdim olunmuşdur.
Sonda qalib komandalar mükafatlandırılmış, bütün iştirakçılara isə sertifikatlar təqdim olunmuşdur.