AzTU İnkubasiya Mərkəzində e-ticarət mövzusunda görüş keçirilib
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 4, 2026

AzTU İnkubasiya Mərkəzində e-ticarət mövzusunda görüş keçirilib

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində təşkil olunan görüşdə elektron ticarət sahəsinin mövcud vəziyyəti, inkişaf perspektivləri və bazardakı çağırışlar müzakirə olunub. Sahə üzrə mütəxəssislərin çıxışları ilə davam edən tədbir iştirakçılar üçün həm bilik paylaşımı, həm də yeni əməkdaşlıq imkanları baxımından faydalı olub.

AzTU İnkubasiya Mərkəzində e-ticarət mövzusunda görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində elektron ticarət ekosisteminə həsr olunmuş görüş uğurla təşkil olunub.

Tədbir Azərbaycan elektron ticarət ekosisteminin mövcud vəziyyətinin müzakirəsi, sahənin inkişaf perspektivlərinin dəyərləndirilməsi, bazardakı yeniliklərin və qarşıya çıxan çağırışların analiz edilməsi məqsədilə həyata keçirilib. Görüş çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb və e-ticarət sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirdə elektron ticarət və rəqəmsal biznes sahəsində fəaliyyət göstərən mütəxəssislər, startup nümayəndələri, tələbələr və sahibkarlar iştirak ediblər.

Görüşdə spiker qismində çıxış edən Hacıağa Hacı (Cib Business) və Fərid Məhərrəmli (Brand Maker) elektron ticarət sahəsində real təcrübələrini iştirakçılarla bölüşüb, bazarın aktual trendləri, inkişaf imkanları və qarşıya çıxan əsas problemlər haqqında ətraflı məlumat veriblər.

Çıxışlardan sonra tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və sahə üzrə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda coffee break təşkil olunub və iştirakçılar üçün networking imkanı yaradılıb. Bu mərhələdə iştirakçılar yeni əlaqələr quraraq gələcək əməkdaşlıqlar üçün ilkin təmaslar formalaşdırıblar.

Qeyd edək ki, tədbir Azərbaycan E-ticarət İqtisadi Təşkilatının təşkilatçılığı, Azərbaycan Texniki Universiteti, AzTU İnkubasiya Mərkəzi, Bonpara MMC və Ecommerce.az platformasının dəstəyi ilə həyata keçirilib.