SmartSolutions Hackathon 2026 sabah start götürür – hazırlıq işləri tamamlanmaq üzrədir
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 9, 2026

SmartSolutions Hackathon 2026 sabah start götürür – hazırlıq işləri tamamlanmaq üzrədir

AzInTelecom MMC-nin dəstəyi ilə AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək SmartSolutions Hackathon 2026 sabah start götürür. 10–11 aprel tarixlərində baş tutacaq tədbirdə AzTU və TAU tələbələrindən ibarət 14 komanda iştirak edəcək. Komandalar problemləri yerində seçərək mentor dəstəyi ilə innovativ həllər hazırlayacaq və qaliblər pul mükafatları uğrunda mübarizə aparacaqlar.

AzInTelecom MMC-nin dəstəyi və Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək SmartSolutions Hackathon 2026 tədbirinə hazırlıq işləri son mərhələyə çatmışdır.

Hackathon 10–11 aprel 2026-cı il tarixlərində baş tutacaq və tədbirin rəsmi açılışı 10 aprel saat 14:00-da keçiriləcəkdir.

Artıq hackathonda iştirak edəcək komandalar müəyyən olunmuşdur. Seçim nəticələrinə əsasən, hər iki istiqamət üzrə ümumilikdə 14 komanda iştirak hüququ qazanmışdır:

Süni İntellekt və Mobillik istiqaməti üzrə – 7 komanda
FinTech, Kibertəhlükəsizlik və Bulud texnologiyaları istiqaməti üzrə – 7 komanda

Komandalar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələrindən formalaşmışdır.

Hazırda seçilmiş komandalar üçün bütün zəruri məlumatlar, o cümlədən hackathonun qaydaları və agenda iştirakçılarla paylaşılmışdır. Komandalar hackathon çərçivəsində işləyəcəkləri problemləri isə tədbirin açılış günü, təqdim olunacaq mövzular arasından yerində seçəcəklər.

Hackathon çərçivəsində hər iki istiqamət üzrə qalib komandalar üçün pul mükafatları nəzərdə tutulmuşdur:

🥇 1-ci yer – 1000 AZN
🥈 2-ci yer – 700 AZN
🥉 3-cü yer – 500 AZN

SmartSolutions Hackathon 2026 çərçivəsində iştirakçılar real problemlər üzərində işləyərək innovativ həllər hazırlayacaq, mentor dəstəyi ilə ideyalarını minimum məhsul (MVP) səviyyəsinə çatdırmaq imkanı əldə edəcəklər.