Azərbaycan Texniki Universiteti (AzTU), AzInTelecom və Startap Azərbaycan tərəfdaşlığı ilə keçirilən SmartSolutions Hackathon 2026-nın ilk günü baş tutdu
Azərbaycan Texniki Universiteti (AzTU), AzInTelecom və Startap Azərbaycan tərəfdaşlığı ilə keçirilən SmartSolutions Hackathon 2026-nın ilk günü AzTU İnkubasiya Mərkəzində uğurla baş tutmuşdur. Açılış mərasimində çıxışlar dinlənilmiş, iştirakçılara hackathonun qaydaları və proses haqqında məlumat verilmişdir. Komandalar elektron sistem vasitəsilə problemlərini seçmiş və uyğun outputlar təqdim olunmuşdur. Gün ərzində komandalar mentor dəstəyi ilə iş mərhələsinə başlamış, ikinci gün üçün təqdimatlara hazırlıq görülmüşdür.
Azərbaycan Texniki Universiteti (AzTU), AzInTelecom və Startap Azərbaycan tərəfdaşlığı ilə keçirilən SmartSolutions Hackathon 2026-nın ilk günü baş tutdu
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində təşkil olunan SmartSolutions Hackathon 2026 tədbirinin birinci günü uğurla start götürdü.
Tədbirin açılış mərasimində Osman Gündüz çıxış edərək iştirakçılara uğurlar arzuladı, innovasiya və startap ekosisteminin inkişafının əhəmiyyətini vurğuladı. Daha sonra AzInTelecom MMC-ni təmsil edən İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli çıxış edərək hackathonun əhəmiyyətindən bəhs etdi.
Tədbir çərçivəsində mentorlar Fərid Kazımov və Orxan Əhmədov iştirakçılarla ilkin tövsiyələrini bölüşdülər.
Qeyd edək ki, hackathonda iştirak edən komandalar Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələrindən də formalaşmışdır.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev tərəfindən hackathonun ümumi qaydaları və prosesə dair təqdimat keçirildi. Təqdimat zamanı komandaların problem seçimi mexanizmi, elektron sistem üzərindən seçim prosesi və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verildi.
Ardınca hər komandaya xüsusi identifikasiya kodları təqdim olundu və hazırlanmış platforma üzərindən komandalar problemləri seçdilər. Seçim mərhələsi real vaxt rejimində həyata keçirildi və hər komandaya seçdiyi problemə uyğun gözlənilən outputlar təqdim olundu. Komandalara bildirildi ki, təqdim etdikləri MVP və pitch zamanı bu outputların mütləq şəkildə əks olunması tələb olunur.
Hackathonun birinci günü çərçivəsində komandalar aşağıdakı mövzular üzrə fəaliyyətə başladılar:
CodeBreakers – AI Finance Assistant
ISO – AI in Agriculture
Aura – AI Scam & Phishing Detector
CyberClowns – Real-Time Phishing Browser Extension
Virality – Real-Time Investment Simulation Platform
Better Soft – AI in Industry / Manufacturing
MZT – Credit Risk AI
3Nodes1Root – AI Personal CFO
Nimbus1950 – Smart Financial Fraud Detection
Az2 – Smart Parking Assistant
Tricore – AI-based P2P Fraud Detection System
Tab-SM – Predictive Sharing (Demand Prediction)
ChatX – Courier Fatigue Detector
Falcone – AI Video / Audio Analysis
Günün davamında komandalar intensiv iş mərhələsinə keçərək mentor dəstəyi ilə öz həlləri üzərində işləməyə başladılar.
Hackathonun ikinci günündə isə proqram çərçivəsində komandalar işlərini tamamlayacaq, daha sonra münsiflər heyəti qarşısında təqdimat mərhələsi keçiriləcək və qalib komandalar müəyyən olunacaqdır.












