AzTU İT Community Meet Up #1
AzTU İnkubasiya Mərkəzində 18 iyun 2026-cı il saat 17:00-da “AzTU İT Community Meet Up #1” adlı görüş keçiriləcək. Görüşün məqsədi AzTU-da İT sahəsinə maraqlı və aktiv tələbələri bir araya gətirmək, onları İnkubasiya Mərkəzinin imkanları ilə tanış etmək və gələcək layihələr, hakatonlar, təlimlər və startap təşəbbüsləri üçün davamlı İT icması formalaşdırmaqdır. Tədbir proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, data analitika, veb və mobil tətbiqlər, UI/UX və digər texnologiya sahələrinə marağı olan tələbələr üçün nəzərdə tutulub.
Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində İT sahəsində çalışan, könüllü fəaliyyət göstərən və bu istiqamətdə aktiv olan tələbələr üçün “AzTU İT Community Meet Up #1” adlı görüş keçiriləcək.
Görüşün məqsədi AzTU daxilində proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, data analitika, veb və mobil tətbiqlər, UI/UX dizayn, robototexnika və digər texnologiya istiqamətləri üzrə fəaliyyət göstərən tələbələri bir araya gətirməkdir.
Tədbir zamanı iştirakçılar AzTU İnkubasiya Mərkəzinin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar, gələcək layihələr, hakatonlar, təlimlər və startap təşəbbüsləri barədə məlumatlandırılacaqlar.
Eyni zamanda İT sahəsində komanda qurmaq, yeni ideyalar formalaşdırmaq və universitet daxilində texnoloji icmanın inkişafına töhfə vermək istəyən tələbələrlə müzakirələr aparılacaq.
Tarix: 17 iyun 2026
Saat: 17:30
Məkan: AzTU İnkubasiya Mərkəzi
Qeydiyyat linki: https://forms.gle/z33tF8NJWHwbTcqG6
İT sahəsində çalışan, könüllü olaraq fəaliyyət göstərən və texnoloji layihələrdə aktiv iştirak etmək istəyən tələbələr görüşə dəvət olunur.
