🚀 AzTU İnkubasiya Mərkəzində İTT SABAH qrupları ilə birlikdə “Startap Günləri” keçiriləcək!
← Bütün xəbərlərə qayıt
Xəbər May 10, 2026

🚀 AzTU İnkubasiya Mərkəzində İTT SABAH qrupları ilə birlikdə “Startap Günləri” keçiriləcək!

🚀 AzTU İnkubasiya Mərkəzində İTT SABAH qrupları ilə birlikdə “Startap Günləri” keçiriləcək!

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində İTT Sabah qrupları ilə birlikdə təşkil olunan “Startap Günləri” 15–16 may 2026-cı il tarixlərində baş tutacaq.

📅 Tarix və vaxt:

15 may (cümə günü):
⏰ Saat 14:00 – gün sonuna kimi

16 may (şənbə günü):
⏰ Saat 09:00 – 17:00

📍 Məkan: Azərbaycan Texniki Universiteti – İnkubasiya Mərkəzi

Startap Günlərində iştirak etməklə sən nə qazanacaqsan?

💡 İdeyan var? Onu təkcə düşüncədə saxlamadan, real layihəyə çevirmək üçün sənə güclü mentorlar və təcrübəli ekspertlər dəstək olacaq!

🤝 Startap ekosisteminin bir parçası ol! Uğurlu startap qurucuları və potensial investorlarla birbaşa tanışlıq imkanı əldə et.

🌐 Networking imkanı! Sənin kimi motivasiyalı gənclərlə əlaqə qur, yeni imkanlar və gələcək əməkdaşlıqlar üçün öz şəbəkəni genişləndir.

👥 Komanda qur və liderlik et! Fikirlərini bölüşəcəyin, səni tamamlayan və ideyanı zirvəyə daşıyacaq komanda formalaşdır.

📜 Rəsmi sertifikat əldə et! Gələcək karyerana dəyər qatacaq sertifikatlarla özünü inkişaf etdir.

Qeydiyyat linki: https://forms.gle/2UkiXUGuXyquE7DR8