Azərbaycan Texniki Universitetinin Karyera və Məşğulluq Mərkəzi və AzTU İnkubasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib.
Azərbaycan Texniki Universitetinin Karyera və Məşğulluq Mərkəzi və AzTU İnkubasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib.
Tədbirin əsas məqsədi tələbələri “Azercell”in fəaliyyət istiqamətləri, karyera və təcrübə imkanları, eləcə də innovativ inkişaf proqramları ilə tanış etmək olub. Sessiya zamanı iştirakçılara şirkətin bootcamp və hackathon layihələri, intern proqramları, startap və innovasiya imkanları, real iş mühitinə hazırlıq prosesi və müsahibə mərhələləri barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda tələbələrə peşəkar inkişaf imkanları, mövcud vakansiyalar və karyera quruculuğu istiqamətində vacib məqamlar izah olunub, iştirakçıların sualları cavablandırılıb.
Infosessiyada İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik, Data Science, Machine Learning, Telekommunikasiya, Elektrik mühəndisliyi, Marketinq, Biznes idarəçiliyi və digər ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbir tələbələrin korporativ mühitlə daha yaxından tanış olması, innovativ düşüncə, startap ekosistemi və karyera inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.






