Azərbaycan Texniki Universitetinin (AzTU) Akt zalında “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilmişdir.
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 15, 2026

Azərbaycan Texniki Universitetinin (AzTU) Akt zalında “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilmişdir.

AzTU-nun Akt zalında “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilmişdir. Tədbirdə layihənin məqsədi, iştirak şərtləri və texnoloji istiqamətləri barədə məlumat verilmiş, tələbələr hackathona qoşulmağa dəvət olunmuşlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) Akt zalında “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilmişdir. “Bakı Metropoliteni” QSC və “SUP.VC” şirkətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə iştirakçılara layihə haqqında ətraflı məlumat təqdim olunmuşdur.

Infosessiya çərçivəsində hackathonun məqsədi, iştirak qaydaları, texnoloji çağırışlar və mükafat fondu barədə geniş təqdimat edilmişdir. Tədbirin açılışında AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək infosessiya barədə ümumi məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.

Daha sonra Vüsal Əlizadə – Texnologiya və Data analitika departamentinin rəis müavini çıxış edərək layihənin texnoloji istiqamətləri və əsas hədəfləri haqqında ətraflı məlumat təqdim etmişdir. Eldar Əlizadə – İstedadların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi çıxış edərək layihənin qeydiyyat və seçim mərhələləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Bununla yanaşı, Aynurə Vəlizadə – SUP.VC komandasının üzvü və Ülvi Hüseynov – “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı da infosessiyada iştirak etmişlər.

Bildirilib ki, “Metro Hackathon” layihəsinin əsas məqsədi süni intellekt və məlumat analitikası vasitəsilə Bakı Metropolitenində sərnişin axınının idarə olunması və stansiyalarda yaranan sıxlığın azaldılması üçün innovativ texnoloji həllərin hazırlanmasıdır. Layihə tələbələrə real məlumat bazası üzərində işləmək və praktiki təcrübə qazanmaq imkanı yaradır.

Tədbir zamanı tələbələr aktiv iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılmış və layihədə iştirak üçün qeydiyyat imkanları barədə məlumat verilmişdir.