Azərbaycan Texniki Universiteti (AzTU), AzTU İnkubasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin (T.E.C) təşkilatçılığı, “Holberton School Azerbaijan” və “Startup Azerbaijan”ın dəstəyi ilə “Game Summit 2026” tədbiri keçiriləcək.
AzTU-da “Game Summit 2026” tədbiri keçiriləcək. Tədbirin məqsədi oyun texnologiyaları sahəsinə maraq göstərən gəncləri bir araya gətirmək, innovativ ideyaları təşviq etmək və iştirakçılar üçün peşəkar mühit yaratmaqdır. Komanda formatında keçiriləcək yarışda qalib komandalara “Holberton School Azerbaijan” tərəfindən 100% təqaüdlər təqdim olunacaq.
Azərbaycan Texniki Universiteti (AzTU), AzTU İnkubasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin (T.E.C) təşkilatçılığı, “Holberton School Azerbaijan” və “Startup Azerbaijan”ın dəstəyi ilə “Game Summit 2026” tədbiri keçiriləcək.
Məqsəd oyun texnologiyaları sahəsinə maraq göstərən gəncləri bir araya gətirmək, innovativ ideyaların inkişafını təşviq etmək və iştirakçılar üçün peşəkar mühit formalaşdırmaqdır. Tədbir çərçivəsində iştirakçılar bilik və bacarıqlarını nümayiş etdirəcək, həmçinin yeni əməkdaşlıq və şəbəkələşmə imkanları əldə edəcəklər.
“Holberton School Azerbaijan” tərəfindən qalib komandalara təqdim olunacaq təqaüdlər:
I yer — “Full-Stack” kursu üzrə 100% təqaüd
II yer — “Computer Science” kursu üzrə 100% təqaüd
III yer — “Computer Science” kursu üzrə 100% təqaüd
İştirak şərtləri:
Tədbirdə iştirak yalnız komanda formatında mümkündür.
Komandalar minimum 2, maksimum 4 nəfərdən ibarət olmalıdır.
Fərdi müraciətlər qəbul edilmir.
Tarix:
01.05.2026 — saat: 14:00–22:00
02.05.2026 — saat: 09:00–18:00
Məkan: AzTU
Qeydiyyat üçün son tarix: 25.04.2026
Qeydiyyat linki: https://forms.gle/KBqJPf8NVjCfQbYg7
Oyun texnologiyalarına, innovasiyaya və komanda işinə maraq göstərən hər kəs “Game Summit 2026” tədbirində iştirak edə bilər.
