AzTU tələbə və əməkdaşları işğaldan azad olunmuş ərazilərə səfər ediblər
← Bütün xəbərlərə qayıt
Xəbər May 6, 2026

AzTU tələbə və əməkdaşları işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və əməkdaşları işğaldan azad olunmuş ərazilərə maarifləndirici və tanışlıq məqsədli səfər həyata keçiriblər. Səfər çərçivəsində iştirakçılar Xankəndi, Laçın, Şuşa və Ağdam şəhərlərində olublar.

Səfərin əsas məqsədi tələbə və əməkdaşları azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış etmək, həmçinin onların vətənpərvərlik ruhunu daha da gücləndirmək olub. İştirakçılar səfər zamanı bölgələrdə həyata keçirilən infrastruktur layihələri, tarixi-mədəni abidələrin bərpası və ümumi inkişaf prosesi haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, səfər AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev tərəfindən müşayiət olunub. Onun rəhbərliyi ilə təşkil edilən səfər iştirakçılar üçün həm maari   fləndirici, həm də motivasiyaedici xarakter daşıyıb.