SmartSolutions Hackathon 2026-da təqdimat mərhələsi keçirildi
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 11, 2026

SmartSolutions Hackathon 2026-da təqdimat mərhələsi keçirildi

SmartSolutions Hackathon 2026-nın ikinci günündə 14 komanda hazırladıqları innovativ həlləri 5 dəqiqəlik təqdimat və MVP nümayişi ilə münsiflər heyətinə təqdim etmişdir. Təqdimatlar Fərid Kazımov, Orxan Əhmədov və Aysel Sadıqova tərəfindən 5 əsas meyar üzrə qiymətləndirilmiş, növbəti mərhələdə isə qalib komandaların müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

SmartSolutions Hackathon 2026 tədbirinin ikinci günündə komandaların təqdimat mərhələsi baş tutmuşdur.

Hackathon çərçivəsində iştirak edən 14 komanda hazırladıqları innovativ həlləri münsiflər heyəti qarşısında təqdim etmişdir. Hər bir komandaya təqdimat və MVP nümayişi üçün 5 dəqiqə, sual-cavab mərhələsi üçün isə əlavə 3 dəqiqə vaxt ayrılmışdır.

Təqdimat mərhələsində çıxış edən komandalar və onların layihələri aşağıdakılardan ibarət olmuşdur:

  • CodeBreakers – AI əsaslı maliyyə köməkçisi
  • ISO – Kənd təsərrüfatında süni intellekt həlli
  • Aura – Fırıldaqçılıq və fişinq aşkarlama sistemi
  • CyberClowns – Real-time fişinqə qarşı brauzer əlavəsi
  • Virality – Real-time investisiya simulyasiya platforması
  • Better Soft – Sənaye və istehsalat üçün AI həlli
  • MZT – Kredit riskinin süni intellektlə qiymətləndirilməsi
  • 3Nodes1Root – AI əsaslı şəxsi maliyyə idarəetmə sistemi
  • Nimbus1950 – Maliyyə fırıldaqçılığının aşkarlanması
  • Az2 – Ağıllı parkinq sistemi
  • Tricore – P2P fırıldaqçılığın AI ilə aşkarlanması
  • Tab-SM – Tələb proqnozlaşdırma sistemi
  • ChatX – Kuryer yorğunluğunun aşkarlanması
  • Falcone – Video və audio analiz əsaslı AI sistemi

Təqdimatlar zamanı komandalar öz həllərinin texniki tərəflərini, istifadə etdikləri model və yanaşmaları, həmçinin təqdim olunan məhsulun bazar potensialını və real tətbiq imkanlarını nümayiş etdirmişlər. MVP səviyyəsində hazırlanmış məhsullar iştirakçıların ideyalarını praktik həllərə çevirmək bacarığını ortaya qoymuşdur.

Təqdimatlar Fərid Kazımov, Orxan ƏhmədovAysel Sadıqova tərkibli münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Münsiflər heyəti təqdimatları 5 əsas meyar üzrə qiymətləndirmişdir. Növbəti mərhələdə isə yekun nəticələr əsasında qalib komandalar müəyyənləşdiriləcəkdir.