Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Dekada Ideaton” layihəsi ilə bağlı infosessiya keçirilmişdir.
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 15, 2026

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Dekada Ideaton” layihəsi ilə bağlı infosessiya keçirilmişdir.

AzTU İnkubasiya Mərkəzində “Dekada Ideaton” layihəsi ilə bağlı infosessiya keçirilmişdir. Tədbirdə layihənin məqsədi, iştirak qaydaları və seçim mərhələləri barədə məlumat verilmiş, tələbələr aktiv iştirak edərək layihəyə qoşulmağa dəvət olunmuşlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Dekada Ideaton” layihəsi ilə bağlı infosessiya keçirilmişdir.

Infosessiya çərçivəsində iştirakçılara “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən və təşkilatın fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan “Dekada Ideaton” layihəsi haqqında ətraflı məlumat təqdim olunmuşdur. Tədbirdə layihənin əsas məqsədi, iştirak şərtləri, seçim mərhələləri və gözlənilən nəticələr barədə geniş izah verilmişdir. Qeyd edilib ki, Regional İnkişaf İctimai Birliyinin (RİİB) nümayəndələri tərəfindən iştirakçılara layihə barədə ətraflı məlumat verilmişdir.

Bildirilib ki, layihə süni intellekt və innovativ yanaşmalar vasitəsilə aktual sosial problemlərə yaradıcı həllər təklif edə bilən gənclərin üzə çıxarılmasını və onların inkişafının dəstəklənməsini hədəfləyir. İdeaton çərçivəsində 60 iştirakçıdan ibarət 10 komandanın formalaşdırılması və komandaların müxtəlif sosial problemlərə innovativ həllər üzərində işləməsi nəzərdə tutulur.

Infosessiya zamanı tələbələr aktiv iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılmış və layihəyə qoşulmaq üçün istiqamətlər verilmişdir. Sonda tələbələr layihədə iştirak etməyə dəvət olunmuş və qeydiyyat prosesi barədə məlumat paylaşılmışdır.