“Blockchain Azərbaycan 2026-nın ilk görüşünü keçirir: AI dövründə stablecoin istifadəsi müzakirə olunacaq”
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 17, 2026

“Blockchain Azərbaycan 2026-nın ilk görüşünü keçirir: AI dövründə stablecoin istifadəsi müzakirə olunacaq”

Blockchain Azərbaycan 22 aprel 2026-da AI dövründə stablecoin istifadəsinə həsr olunmuş görüş keçirəcək. Tədbir Azərbaycan Texniki Universitetinin nəzdində İnkubasiya Mərkəzi baş tutacaq, iştirak ödənişsizdir, lakin qeydiyyat mütləqdir.

​Blockchain Azərbaycan olaraq 2026-cı ilin ilk görüşünü təqdim edirik. Tədbirin əsas məqsədi, Süni intellekt və AI agentləri dövründə Stablecoinlərdən istifadə haqqında təqdimat və müzakirələrin aparılmasıdır.

Görüş Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ödəniş təşkilatları, banklar və kripto aktivlər sahəsində fəaliyyət göstərən, planlayan şirkət və startap nümayəndələri üçün təşkil olunur.

İştirk ödənişsizdir, yerlər məhduddur.
Məkan: Azərbaycan Texniki Universitetinin nəzdindən İnkubasiya Mərkəzi.
Tarix: 22 Aprel 2026 / 19:00
Qeydiyyat linki: https://luma.com/l5e939ed

Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.