“Mediatrends” — Süni İntellekt Əsaslı Media Monitorinq və Təhlil Sistemi
“Mediatrends” — Süni İntellekt Əsaslı Media Monitorinq və Təhlil Sistemi
Sizi “Mediatrends” Media Monitorinq və Təhlil Sistemi ilə bağlı ictimai məlumatlandırma görüşünə dəvət edirik.
Mediatrends – real vaxtda onlayn media, sosial media və TV kanallarını monitorinq edərək, süni intellekt əsaslı təhlillər aparmağa, hesabatlar və analitik məlumatlar əldə etməyə, media tendensiyalarını izləməyə imkan verən innovativ rəqəmsal həlldir.
Sistem seçilmiş açar sözlərə uyğun xəbərləri real vaxtda izləyir və WhatsApp/Telegram vasitəsilə anlıq bildirişlər göndərir. Mediatrends AI Bot isə qeydiyyat və idarəetməni daha asan edir. Platforma həmçinin Gündəm, Reytinq və Statistika xidmətlərini də təqdim edir.
Görüşdə platformanın imkanları və istifadə qaydaları haqqında məlumat veriləcək.
📍 Yer: AzTU İnkubasiya Mərkəzi
🗓 Tarix: 11 sentyabr 2026 (Cümə)
🕒 Saat: 15:00
Qeydiyyat formu: https://forms.gle/LhzqDgpru6PWjnBh7
Bütün maraqlananları görüşdə iştirak etməyə dəvət edirik.
